Akar: “Terrorla mübarizimizə davam edirik”

Hulusi Akar

© APA | Hulusi Akar

# 19 aprel 2022 20:02 (UTC +04:00)

Türkiyə Silahlı Qüvvələri terrorla mübarizəyə və dünyada sülhə töhfə verməyə davam edir.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O qeyd edib ki, ölkəsinin antiterror əməliyyatları ən son terrorçu məhv edilənə qədər və qonşu ölkələrinin ərazi bütövlüyünə hörmət etmək şərti ilə davam edəcək.

Nazir əlavə edib ki, bu əməliyyatlarla Türkiyə Suriya və İraqın şimalında terror dəhlizinin yaradılmasının qarşısını alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR