"Alibaba Group" Avropadakı əməliyyatlarını Türkiyədən idarə etməyi planlaşdırır

"Alibaba Group" Avropadakı əməliyyatlarını Türkiyədən idarə etməyi planlaşdırır
# 06 yanvar 2023 08:11 (UTC +04:00)

Beynəlxalq elektron ticarət platforması “Alibaba Group” Türkiyədəki layihələrə investisiya yatırmaq istəyir.

APA “Dünya” qəzetinə istinadən xəbər verir ki, bu barədə holdinqin prezidenti Maykl Evans məlumat verib.

Onun sözlərinə görə, şirkət Avropa bazarlarında fəaliyyətini bu ölkədən idarə etməyi planlaşdırır.

O, Ankarada Türkiyənin vitse-prezidenti Fuat Oktayla görüşüb.

Türkiyənin ən böyük elektron ticarət platformalarından biri olan “Trendyol Qrup”unun rəhbəri Çağlayan Çətin də görüşdə iştirak edib.

“Alibaba”nın rəhbəri bildirib ki, onun şirkəti Türkiyədə bir neçə böyük investisiya layihəsi planlaşdırır.

Xüsusilə, söhbət Ankarada bulud hesablama şirkətlərinə investisiyalardan, həmçinin İstanbulda logistika layihələrinə investisiyalardan gedir.

Bundan əlavə, şirkət Türkiyədə istehsal sektoruna, idarəetmə və hesablama texnologiyalarına investisiyalar qoyacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR