Alyaskada ABŞ və Hindistanın iştirakı ilə “Yudh Abhyas” birgə hərbi təlimləri başlayıb.
APA xəbər verir ki, bu barədə məlumat Hindistan hökumətinin elektron portalında yerləşdirilib.
Qeyd olunub ki, təlimlər 25 sentyabrdan 8 oktyabra qədər Alyaskanın Fort-Ueynrayt Hərbi Hava Qüvvələri bazasında keçiriləcək.
Hərbi təlimlərə humanitar yardım və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması əməliyyatları da daxildir.