Antalyada turistləri daşıyan avtobus aşıb: 1 nəfər ölüb, 22 nəfər yaralanıb - FOTO

Antalyada turistləri daşıyan avtobus aşıb: 1 nəfər ölüb, 22 nəfər yaralanıb  - FOTO
# 14 iyun 2022 22:54 (UTC +04:00)

Antalyada turistləri daşıyan avtobus qəza edib.

APA İHA-ya istinadən xəbər verir ki, Dənizlidən Antalyaya gedən tur avtobusu Karaman məhəlləsində aşıb.

Qəzada 20 sərnişindən biri hadisə yerində ölüb, 2 bələdçi və 1 sürücü yaralanıb.

Əraziyə çoxlu sayda təcili yardım maşınları göndərilib.

Yaralılar təcili tibbi yardım maşınları ilə özəl xəstəxanaya və Korkuteli Dövlət Xəstəxanasına aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR