“Apple” şirkəti “iPhone” istehsalını Çindən köçürmək istəyir

“Apple” şirkəti “iPhone” istehsalını Çindən köçürmək istəyir
# 04 dekabr 2022 08:17 (UTC +04:00)

“Apple” şirkəti istehsalın bir qismini Çindən köçürmək istəyir.

APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşr qeyd edir ki, “Apple” istehsalı digər asiya ölkəsinə köçürməyi planlaşdırır. İlk növbədə Hindistan və Vyetnama üstünlük verilir. Şirkət həmçinin tayvanlı təchizatçılardan asılılığını azaltmağı planlaşdırır.

"Apple" şirkətini bu addımı atmağa Çindəki müəssisədə ötən ay baş verən etiraz aksiyaları vadar edib. “iPhone Pro” modelinin 85%-i burada yığılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR