Argentina üzərində qələbədən sonra sabah Səudiyyə Ərəbistanında tətil elan olunub

Argentina üzərində qələbədən sonra sabah Səudiyyə Ərəbistanında tətil elan olunub
# 22 noyabr 2022 21:15 (UTC +04:00)

Səudiyyə Ərəbistanı millisinin dünya çempionatında Argentinanı məğlub etməsi ölkədə böyük sevinclə qarşılanıb.

APA xəbər ki, qələbə münasibətilə sabah Asiya ölkəsində rəsmi tətil olacaq.

Argentina üzərindəki qələbədən sonra Səudiyyə rəsmiləri maraqlı bir qərar qəbul edərək, 23 noyabr çərşənbə gününü ölkə daxilində milli bayram elan ediblər.

Qeyd edək ki, sözügedən matçda ərəblər rəqibinə 2:1 hesabı ilə qalib gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR