Kabildə toyda törədilən partlayış nəticəsində ölənlərin sayı 80-ə çatıb

Kabildə toyda törədilən partlayış nəticəsində ölənlərin sayı 80-ə çatıb
  • Clock-gray 12:01
  • calendar-gray 21 Avqust 2019

Avqustun 17-də Kabildə toyda törədilən partlayış nəticəsində ölənlərin sayı 80-ə çatıb.

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

DİN-in sözçüsü Nəsrət Rəhimi avqustun 17-də törədilən partlayış zamanı həlak olanların 63 nəfər olduğunu, digər şəxslərin isə aldıqları yaralar nəticəsində xəstəxanada öldüyünü bildirib.

Mətbuat katibi 160 nəfərin hələ də müalicə olunduğunu əlavə edib.

Qeyd edək ki, avqustun 17-də Əfqanıstanın paytaxtı Kabildə toyda partlayış törədilib. Partlayışla bağlı məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date