Avstraliyada pişikləri evdən çölə buraxmaq qadağan edilib

Avstraliyada pişikləri evdən çölə buraxmaq qadağan edilib
# 20 aprel 2022 10:05 (UTC +04:00)

Avstraliya hökuməti pişiklərin evdən buraxılmasını qadağan edən qanun qəbul edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, paytaxt Kanberranı əhatə edəcək qanuna görə, pişik sahibləri onları yaşayış ərazisindən kənara buraxmamalı və baytara aparan zaman xaltadan istifadə etməlidirlər.

Qanunu pozanları 300 Avstraliya dolları cəza gözləyir.

Yeni qanun Avstraliyanın vəhşi təbiətini qorumaq məqsədilə həyata keçirilib.

Avstraliyanın Ətraf Mühit Nazirliyinin məlumatına görə, hər il Kanberra və ətrafındakı sakinlərə məxsus pişiklər 61 min yerli quş, 2 mindən çox endemik məməli, 30 mindən çox sürünən və 6 mindən çox qurbağa öldürür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR