Avstriyanın xarici və daxili işlər nazirləri Türkiyəyə səfər edəcək

Avstriyanın xarici və daxili işlər nazirləri Türkiyəyə səfər edəcək
# 03 iyul 2022 13:44 (UTC +04:00)

Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq və federal daxili işlər naziri Gerhard Karner 3-4 iyul tarixlərində Türkiyəyə səfər edəcəklər.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, nazirlər türkiyəli həmkarları ilə görüşlərində regional məsələlər, qeyri-qanuni miqrasiya, terrorla mübarizə və Ukraynadakı hadisələr, həmçinin ikitərəfli münasibətlər və Türkiyə-Avropa İttifaqı münasibətlərini müzakirə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR