Bayden zarafatla Avstraliyanın baş nazirinə sammitdə yatmağa icazə verib

Bayden zarafatla Avstraliyanın baş nazirinə sammitdə yatmağa icazə verib
# 24 may 2022 07:40 (UTC +04:00)

ABŞ prezidenti Co Bayden Avstraliyanın yeni baş naziri Entoni Albanese ilə zarafat edib.

APA xəbər verir ki, Co Bayden bunu Tokioda (ABŞ, Avstraliya, Yaponiya, Hindistan) Dördlü Təhlükəsizlik Dialoq Sammitində çıxış edərkən edib.

ABŞ Prezidenti Co Bayden zarafatla deyib ki, Avstraliyanın yeni baş naziri Entoni Albanese iclasda yuxuya getsə, heç nə olmaz. Yəni onun yuxulaması bağışlanılan olacaq.

Salamlama nitqində “Baş nazir Albanese, sizi ilk dəfə iştirak etdiyiniz bu sammitdə salamlayıram. Siz andiçmədən sonra təyyarəyə minib buraya gəldiniz. Ona görə də burada yuxuya getsəniz, eybi yoxdur” sözlərini deyib.

Bu zarafat bir gün əvvəl Avstraliyanın 31-ci baş naziri kimi and içmiş Albanese tərəfindən yüksək səslə gülüşlə qarşılanıb.

“Düzünü desəm, bunu necə etdiyinizi bilmirəm”,- deyə Bayden sözlərinə əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR