BƏƏ-nin yeni prezidenti məlum olub

Məhəmməd bin Zayed

© APA | Məhəmməd bin Zayed

# 14 may 2022 14:18 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirliklərinin yeni prezidentinin adı məlum olub.

APA-nın BƏƏ-nin rəsmi xəbər agentliyi WAM-a istinadən məlumatına görə, ölkənin 7 əmirlikdən təşkil olunan BƏƏ Ali Şurası bu vəzifəyə Məhəmməd bin Zayedi seçib.

Seçimlə bağlı təfərrüatlar açıqlanmayıb.

Qeyd edək ki, BƏƏ-nin sabiq prezidenti Şeyx Xəlifə bin Zayed Əl Nəhyan ötən gün vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR