BMT-nin Əfqanıstana Yardım Missiyasının müddəti uzadılıb

BMT-nin Əfqanıstana Yardım Missiyasının müddəti uzadılıb
# 18 mart 2023 08:54 (UTC +04:00)

Birləşmiş Millətlər Təşkilatının Əfqanıstana Yardım Missiyasının müddəti daha bir il, 2024-cü il martın 17-dək uzadılıb.

APA-nın xəbərinə görə, müvafiq qərar BMT Təhlükəsizlik Şurasının Əfqanıstan üzrə sessiyasında səsə qoyularaq, yekdilliklə qəbul edilib.

Təşkilat Əfqanıstanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü dəstəklədiyini və bundan sonra da əfqan xalqına yardımlarını davam etdirəcəyini bildirib. Qətnamədə Taliban rəhbərliyinin BMT TŞ-nin gözləntilərini qarşılamaq üçün irəliləyiş əldə etmədiyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR