Braziliyanın paytaxtında iğtişaşlarda iştirak etdiklərinə görə 400-dən çox adam saxlanılıb.
APA-nın xəbərinə görə, bu barədə Federal dairə qubernatoru İbaneis Roşa “Twitter” səhifəsində yazıb.
“Məlumat verirəm ki, hazırda 400-dən çox adam saxlanılıb, onlar törədilmiş cinayətlərin cəzasını çəkəcəklər”, - o deyib.
Qubernatorun sözlərinə görə, iğtişaşların digər iştirakçıların müəyyənləşdirilməsi istiqamətində iş davam edir.
Roşa ictimai asayişin bərpa olunacağına da söz verib.
***
03.31
Braziliyanın paytaxtında iğtişaşlarda iştirak etdiyi üçün azı 30 nəfər saxlanılıb.
Bu barədə APA CNN Brazil telekanalına istinadən xəbər verir.
Kanalın məlumatına görə, saxlananlar Parlamentin binasına soxulan və orada talan törədən şəxslərdir.
Bundan əlavə, telekanal prezident sarayının binasından əlləri qandallı çıxarılan aksiyaçıları da nümayiş etdirib. Təxribatçılar Federal Ali Məhkəmənin binasından hakimlərin cübbələrini oğurlayıblar.
Saxlanılan şəxslər avtobuslarla polis bölmələrinə aparılır.