Britaniyanın xarici işlər naziri ABŞ-a səfərə gedib

Britaniyanın xarici işlər naziri ABŞ-a səfərə gedib
# 17 yanvar 2023 04:34 (UTC +04:00)

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin ABŞ və Kanadaya səfəri başlayıb.

APA-nın Britaniya bürosunun Britaniya XİN-in mətbuat xidmətinə istinadən xəbərinə görə, Ceyms Kleverli diplomatik, ticarət, kəşfiyyat və təhlükəsizlik əlaqələrini dərinləşdirmək və Ukrayna məsələsini müzakirə etmək üçün 17 yanvarda Şimali Amerikaya ilk ikitərəfli səfərinə başlayıb.

Ceyms Kleverli Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinken və Torontoda Kanadanın xarici işlər naziri Melani Coli ilə intensiv diplomatik danışıqlar aparacaq. Danışıqlar zamanı o, hər 2 ölkəni Ukraynanı dəstəkləməklə bağlı daha çevik addımlar atmağa çağıracaq.

Britaniyalı diplomat İran məsələsini də öz həmkarları ilə müzakirə edəcək.

Xarici işlər nazirinin ABŞ Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çıxışı yanvarın 17-də Qrinviç vaxtı ilə 14.15-də başlayacaq. Ceyms Kleverli həmçinin Qrinviç vaxtı ilə saat 20.30-da ikitərəfli görüşdən sonra Entoni Blinkenlə birgə mətbuat konfransı keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR