Türkiyə parlamenti 10 vilayətdə fövqəladə vəziyyətin tətbiqi haqqında qərarı təsdiqləyib - YENİLƏNİB

Türkiyə parlamenti 10 vilayətdə fövqəladə vəziyyətin tətbiqi haqqında qərarı təsdiqləyib - YENİLƏNİB
# 09 fevral 2023 17:53 (UTC +04:00)

Türkiyə parlamenti 10 vilayətdə fövqəladə vəziyyətin tətbiqi haqqında qərarı təsdiqləyib.

APA xəbər verir ki, fövqəladə vəziyyət rejimi 3 ay müddətində zəlzələ bölgəsində - 10 vilayətdə tətbiq ediləcək.

***

14:29

“Vətəndaşlarımıza keçid müddətində 10 min lirə yardım edəcəyik”.

APA xəbər verir ki, bunu Qaziantepdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti bildirib ki, xarici ölkələrdən gələcək konteynerlər 10 vilayətə göndəriləcək.

Ərdoğan qeyd edib ki, bu gün Türkiyə parlamentində zəlzələnin təsirlərinə məruz qalmış 10 vilayətdə 3 ay müddətinə fövqəladə vəziyyət rejiminin tətbiqinə dair məsələni müzakirəyə çıxacaq və qərar bu gündən qüvvəyə minəcək”.

Türkiyə Prezidenti fövqəladə vəziyyətin rejiminin tətbiq edilməsi ilə bəzi yerlərdə hökm sürən qanunsuz halların qarşının alınacağını diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR