Cavad Zərif Çinə gedəcək

Cavad Zərif Çinə gedəcək
# 23 avqust 2019 16:25 (UTC +04:00)

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif avqustun 25-də Çinə səfərə gedəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, M.C.Zərifin ikigünlük səfəri çinli həmkarının dəvəti ilə baş tutacaq.

Səfər çərçivəsində Yaxın Şərqdəki son durum, beynəlxalq və iki ölkəni maraqlandıran digər məsələlər müzakirə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR