Çavuşoğlu çinli həmkarı ilə uyğur türklərini müzakirə edib

Çavuşoğlu, Van İ

© APA | Çavuşoğlu, Van İ

# 12 yanvar 2022 17:17 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çinli həmkarı Van İ ilə bir sıra məsələləri, o cümlədən uyğur türklərinin durumunu müzakirə edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə nazirin “Twitter” hesabında bildirilib.

"Çinin xarici işlər naziri Van İ ilə ikitərəfli münasibətlərimizi və regional məsələləri müzakirə etdik. İqtisadi əməkdaşlıq imkanları qiymətləndirilib. Uyğur türkləri başda olmaqla gündəmimizdəki məsələlərlə bağlı fikirlərimizi, gözləntilərimizi və həssaslıqlarımızı çatdırdıq", - M. Çavuşoğlu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR