Çavuşoğlu: “Ermənistan xoş niyyətli yanaşmalarımıza müsbət cavab verməlidir”

Çavuşoğlu: “Ermənistan xoş niyyətli yanaşmalarımıza müsbət cavab verməlidir”
# 19 may 2022 22:41 (UTC +04:00)

Azərbaycan Qarabağ zəfərindən sonra bölgədə sülhün bərqərar olmasını istədiyini göstərib, Ermənistana hərtərəfli sülh təklifi irəli sürüb.

APA-nın İstanbul müxbirinin xəbərinə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Forumunda iştirak etdikdən sonra azərbaycanlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir daha sonra sərhədlərin demarkasiya və delimitasiya edilməsi üçün müştərək komissiyanın yaradılmasının təklif olunduğunu da xatırladıb.

“Brüsseldəki görüşlərdə bu mövzuda ortaq razılıq əldə olunmuşdur, ortaq hüdud (sərhəd) komissiyası yaradıldı və hərtərəfli sülh müzakirələrinin xarici işlər nazirləri tərəfindən davam edilməsi də razılaşdırıldı. Biz bu addımdan çox məmnun olduq. Bundan başqa, Azərbaycan Türkiyə ilə Ermənistan arasındakı görüşləri də dəstəkləyir. Bu da çox müsbət bir haldır. Ermənistanın da bu xoş niyyətli yanaşmaya müsbət cavab verməsi lazımdır deyə hər zaman bildiririk”, - deyə o bildirib.

Çavuşoğlunun sözlərinə görə, Ermənistan hakimiyyəti daxilindəki radikallar və xaricdəki diasporun təzyiqi altındadır.

“Blinken və digərləri ilə görüşlərimiz çərçivəsində Ermənistanı bu istiqamətdə daha həvəsləndirmək lazım olduğunu, Türkiyə və Azərbaycanın sülh istədiyini dedik və bölgədə sabitlik üçün xoş niyyətin ortaya qoyulduğunu bir daha xatırlatdıq”, - deyə nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR