Çavuşoğlu Ersin Tatara qarşı edilən hücuma münasibət bildirib

Çavuşoğlu Ersin Tatara qarşı edilən hücuma münasibət bildirib
# 30 mart 2023 01:05 (UTC +04:00)

Biz hər zaman Şimali Kipr Türk Respublikasının (ŞKTR) yanındayıq.

APA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Şimali Kipir Türk Respublikasının Prezidenti Ersin Tatara qarşı edilən hücuma tvitter hesabında münasibət bildirib.

"Türk Dövlətləri Təşkilatı başda olmaqla ŞKTR-in müşahidəçi üzvlüyünün getdikcə artan nüfuzunu həzm edə bilməyən kiprli rumlar aqressiv olublar. Şimali Kipr Türk Respublikasının prezidenti Londonda hücuma məruz qaldı. Ersin Tatar, sizinləyik. Biz hər zaman ŞKTR-nin yanındayıq!", - deyə paylaşımda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR