Çavuşoğlu: “Fələstin dövlətinin yaradılması Türkiyə üçün şərtdir”

Çavuşoğlu: “Fələstin dövlətinin yaradılması Türkiyə üçün şərtdir”
# 24 may 2022 16:25 (UTC +04:00)

1967-ci il sərhədlərində və paytaxtı Şərqi Yerusəlim olan Fələstin dövlətinin yaradılması Türkiyə üçün şərtdir.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fələstinə səfəri zaman mətbuat konfransında deyib.

O qeyd edib ki, iki dövlət formatından uzaqlaşmaq olmaz.

“Fələstin siyasətimizin dəyişməsi mümkün deyil. Biz İsraillə münasibətlərin normallaşdırılmasında Fələstin Administrasiyası ilə koordinasiyaya davam edirik. Fələstin məsələsinə dəstəyimiz İsraillə münasibətlərimizin normallaşmasına bağlı deyil. Bu dialoqun davam edilməsi bölgədə gərginliyin azalmasına və fələstinlilərin səsinin daha çox eşidilməsinə kömək edəcək”, - nazir bildirib.

Çavuşoğlu bu məsələləri sabah İsrailə səfəri çərçivəsində həmkarı ilə də müzakirə edəcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR