Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasla görüşüb.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə nazir “Twitter” hesabında məlumat yayıb.
Görüş zamanı Çavuşoğlu Türkiyənin qardaş Fələstin xalqına və Fələstinin mübarizəsinə güclü dəstəyinin davam edəcəyini qeyd edib.