Çavuşoğlu Kabil aeroportu ilə bağlı açıqlama verib

Kabil aeroportu

© APA | Kabil aeroportu

# 27 dekabr 2021 12:55 (UTC +04:00)

“Türkiyə Qətərlə Kabil aeroportuna nəzarəti üzərinə götürmək üçün birgə çalışmalarını davam etdirir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərin sualların cavablandırarkən bildirib.

“Təhlükəsizlik baxımından Türk Hava Yolları bəzi ölkələrə uça bilmir. Hava limanlarında baqajların yoxlanılması, pasportlara nəzarət önəmlidir. Kabil hava limanının təhlükəsizliyi təkcə bizim üçün deyil, bütün ölkələr və hava yolları şirkətləri üçün önəmlidir”, - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR