Çavuşoğlu Rusiya və İranı Suriya hakimiyyətinə təsir göstərməyə çağırıb

Çavuşoğlu Rusiya və İranı Suriya hakimiyyətinə təsir göstərməyə çağırıb
# 08 iyun 2022 13:33 (UTC +04:00)

Suriyada siyasi həll istəməyən bir rejim var. Bu məsələdə Rusiya və İranın rejim üzərində olan təsirlərini istifadə etmələri faydalı olacaq.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Suriyanın gələcəyini təmin edə biləcək yeganə həll yolu siyasi həldir.

Nazir qeyd edib ki, Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. XİN rəhbəri Suriyanın terror təşkilatlarından təmizlənməsinin vacibliyini də vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR