Çavuşoğlu: “Hərbi əməliyyatlarla bağlı BMT və Suriya məlumatlandırılacaq”

Çavuşoğlu: “Hərbi əməliyyatlarla bağlı BMT və Suriya məlumatlandırılacaq”
# 09 oktyabr 2019 15:55 (UTC +04:00)

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Suriyanın suverenliyini və ərazi bütövlüyünü tanıdıqlarını bəyan edib.

APA-nın “Sputnik Türkiyə”yə istinadən verdiyi xəbərə görə, Əlcəzairdə rəsmi səfərdə olan M. Çavuşoğlu bildirib ki, hərbi əməliyyatlarla bağlı başda BMT olmaqla, Suriya və digər aidiyyəti dövlətlər məlumatlandırılacaq.

“Terror təşkilatlarının əsas məqsədi Suriyanı bölməkdir. Biz Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik. Aparılacaq hərbi əməliyyatlar bölgənin stabilliyi baxımından önəmli olacaq, Türkiyədə və bölgədəki qaçqınların könüllü şəkildə öz yurdlarına geri dönməsi mümkün olacaq. Bizim yeganə hədəfimiz bölgədəki terroristlərdir”, - deyə nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR