Cənubi Koreya Şimali Koreyanın təxribatlarına dərhal cavab verəcək

Cənubi Koreya Şimali Koreyanın təxribatlarına dərhal cavab verəcək
# 06 iyul 2022 11:22 (UTC +04:00)

Cənubi Koreya Prezidenti Yun Sok El ordu, donanma, aviasiya və dəniz piyadalarının komandirləri ilə keçirdiyi iclasda Şimali Koreyanın hərbi təxribatlarına dərhal cavab verməklə bağlı tapşırıq verib.

APA İnterfaks-a istinadən xəbər verir ki, bu barədə Prezidentin ofisi məlumat yayıb.

“Prezident hərbçilərimizə Şimali Koreyanın təxribatı halında dərhal və sərt cavab verməyi tapşırıb”, - açıqlamada deyilir.

Yun Sok El istənilən cavab addımının ABŞ-la sıx koordinasiya şəraitində veriləcəyini əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR