Cənubi Koreya koronavirusla mübarizədə KXDR-ə kömək etmək istəyir

Cənubi Koreya koronavirusla mübarizədə KXDR-ə kömək etmək istəyir
# 15 may 2022 08:19 (UTC +04:00)

Koreya Respublikası koronavirusla mübarizədə Şimali Koreyaya kömək etmək üçün danışıqlar aparmaq istəyir.

APA-nın xəbərinə görə, bu barədə Yonhap agentliyi hökumətdəki mənbələrə istinadla məlumat yayıb.

Mənbə bildirib ki, Seul rəsmi Pxenyanla danışıq imkanlarını araşdırır. Həftə ərzində ikitərəfli görüş də mümkündür.

Bir müddət əvvəl Koreya Respublikası Pxenyana vaksin və tibbi avadanlıq təklif edib. Ötən il isə rəsmi Pxenyan ÜST-nin Covax proqramı çərçivəsində ayırdığı pulsuz vaksindən imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR