Cənubi Koreya prezidenti: Pxenyan istənilən vaxt nüvə sınağı keçirə bilər

Cənubi Koreya prezidenti: Pxenyan istənilən vaxt nüvə sınağı keçirə bilər
# 22 iyul 2022 06:37 (UTC +04:00)

Şimali Koreya hər an nüvə sınağı keçirə bilər. Bunun üçün sadəcə olaraq rəhbərliyin qərarı lazımdır.

APA-nın xəbərinə görə, bunu Cənubi Koreyanın prezidenti Yun Sok Yol bildirib.

“Hesab edirik ki, onlar nüvə sınağı keçirməyə tam hazırdırlar və bunu istənilən an edə bilərlər” – deyə dövlət başçısı bildirib.

Prezident əlavə edib ki, Pxenyan bu ayın sonunadək nüvə sınağı keçirməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR