Cənubi Koreya Prezidenti “Samsung”-un vitse-prezidentini əfv edib

Cənubi Koreya Prezidenti “Samsung”-un vitse-prezidentini əfv edib
# 12 avqust 2022 10:22 (UTC +04:00)

Cənubi Koreya Prezidenti Yun Sok Yel “Samsung Electronics” şirkətinin vitse-prezidenti Li Çje Yenanı əfv edib.

APA TASS-a istinadən xəbər verir ki, hələ 2021-ci ilin avqustunda azadlığa çıxan Yenanın bütün hüquqlarının bərpası üçün Prezidentin əfvi lazım idi.

“Samsung”-un vitse-prezidenti 2018-ci ildə eks-prezident Li Çje Yenə rüşvət verməsi faktı ilə bağlı 2,5 il müddətinə azadlıqdan məhrum olunmuşdu.

Koreyanın Azadlığı Günü münasibətilə imzalanan əfv sərəncamı ilə ümumilikdə 1 691 nəfər həbsdən buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR