Cənubi Koreya Rusiya və Çin təyyarələrinin onun hava hücumundan müdafiə (HHM) qüvvələrinin nəzarət zonasına daxil olduğunu iddia edir.
APA “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.
Rəsmi Seul həmçinin bildirib ki, hava sərhədləri pozulmayıb.
Məlumata əsasən, təxminən 2 saat ərzində sözügedən zonada 4 ədəd Çin hərbi təyyarəsi və 4 ədəd Rusiya təyyarəsi görünüb. Cənubi Koreya buna cavab olaraq öz döyüş təyyarələni qaldırıb və gözlənilməz hadisələrə hazırlıq məqsədilə taktiki tədbirlər həyata keçirib.
Xatırladaq ki, bu gün Çin Müdafiə Nazirliyi Rusiya ilə birgə Yaponiya (Şərq) və Şərqi Çin dənizlərinin suları üzərində birgə hava patrulları həyata keçirdiyini bildirib.