Cənubi Koreya Şimali Koreya PUA-larına atəş açıb

Cənubi Koreya Şimali Koreya PUA-larına atəş açıb
# 26 dekabr 2022 12:11 (UTC +04:00)

Cənubi Koreya Şimali Koreyanın pilotsuz uçuş aparatlarına atəş açıb.

APA xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Bildirilib ki, Cənubi Koreya Şimali Koreyadan iki ölkə arasındakı demarkasiya xətti kimi tanınan əraziyə keçən pilotsuz uçuş aparatlarını qeydə alıb.

"Şimali Koreyaya məxsus pilotsuz uçuş aparatlarının hava məkanını pozmasından sonra Cənubi Koreya döyüş təyyarələri və hücum helikopterləri xəbərdarlıq atəşi açıb", - məlumatda qeyd olunub.

Cənubi Koreyanın Nəqliyyat Nazirliyi isə İnceon və Gimpo hava limanlarından təyyarə uçuşlarının Müdafiə Nazirliyinin tələbi əsasında dayandırıldığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR