Cənubi Koreyada daşqın nəticəsində ölənlərin sayı 14-ə çatıb

Cənubi Koreyada daşqın nəticəsində ölənlərin sayı 14-ə çatıb
# 14 avqust 2022 01:11 (UTC +04:00)

Cənubi Koreyada güclü yağışın səbəb olduğu daşqın nəticəsində ölənlərin sayı 14-ə çatıb.

APA-nın “Yonhap” agentliyinə istinadən verdiyi məlumata görə, paytaxt Seul və ətraf rayonlarda minlərlə binanı su basıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, 5 nəfər itkin düşüb

Fəlakət zonasından 7200 nəfər təxliyə edilib.

Xatırladaq ki, Koreya yarımadasında leysan yağış həftənin əvvəlindən yağır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR