Cənubi Koreyada yanğın zamanı 7 nəfər ölüb

Cənubi Koreyada yanğın zamanı 7 nəfər ölüb
# 09 iyun 2022 08:25 (UTC +04:00)

Cənubi Koreyanın Daequ şəhərində ofis binasında yanğın baş verib.

APA Yonhap agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 7 nəfər ölüb, 46 nəfər xəsarət alıb.

Yanğın yeddimərtəbəli inzibati binada baş verib və təxminən 20 dəqiqə ərzində tamamilə söndürülüb. Onlarla insan təxliyə edilib, hadisə yerinə 50 yanğınsöndürən maşın göndərilib.

Polis yanğının dəqiq səbəblərini araşdırır, yanğının qəsdən törədilmə ehtimalı da istisna edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR