Çin Blinkenin Pekinə səfərinin ləğv olunmasına münasibət bildirib

Çin Blinkenin Pekinə səfərinin ləğv olunmasına münasibət bildirib
# 04 fevral 2023 15:03 (UTC +04:00)

Çin Xarici İşlər Nazirliyi ABŞ dövlət katibi Entoni Blinkenin Çinə səfərinin ləğvinə münasibət bildirib.

APA "Associated Press"ə istinadən xəbər verir ki, bununla bağlı Çin XİN şərh yayıb.

"Əslində ABŞ və Çin heç vaxt hər hansı səfərin olacağını elan etməyiblər, ABŞ-ın belə bir açıqlama verməsi onların şəxsi işidir və biz buna hörmət edirik", - XİN-dən bildirilib.

Qeyd edək ki, fevralın 5-də Blinken ABŞ-Çin gərginliyini azaltmağa yönəlmiş danışıqlar üçün Pekinə səfər etməli idi. Bu, ölkə liderlərinin keçən noyabrda İndoneziyada görüşündən sonra ilk belə yüksək səviyyəli səfər olacaqdı. Lakin ABŞ səmasında Çinə məxsus nəhəng hava şarı aşkarlandıqdan sonra səfər ləğv olunub.

Çin onun sadəcə olaraq hava şəraitini araşdıran "hava gəmisi" olduğunu iddia edir.

Pentaqon Çinin şarın müşahidə üçün istifadə edilməməsi və yalnız məhdud naviqasiya qabiliyyətinə malik olması ilə bağlı iddiasını rədd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR