Çin dəyəri 17 milyard dollar olan 140 təyyarə alır

Çin dəyəri 17 milyard dollar olan 140 təyyarə alır
# 05 noyabr 2022 04:25 (UTC +04:00)

Çinin “Airbus”dan 140 sərnişin təyyarəsi alacağı bildirilir.

APA xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

Çin Aviasiya Avadanlıq Təchizat Şirkətinin “Airbus”la 132 “A320” və 8 “A350” tipli sərnişin təyyarəsi almaq üçün razılaşma əldə etdiyi açıqlanıb.

Açıqlamada Almaniya kansleri Olaf Şoltsun ötən gün Pekinə səfəri zamanı müqaviləni imzaladığı bildirilib.

Onun ümumi dəyəri 17 milyard dollardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR