Çin hərbi təlimlərlə əlaqədar Bohai körfəzinin bir hissəsini bağlayıb

Çin hərbi təlimlərlə əlaqədar Bohai körfəzinin bir hissəsini bağlayıb
# 08 avqust 2022 07:47 (UTC +04:00)

Çinin dəniz təhlükəsizliyi administrasiyası Bohai körfəzinin sularının bir hissəsini bağlayıb.

APA TASS-a istinadən xəbər verir ki, buna səbəb hərbi təlimlərin keçirilməsi olub.

Təlimlər avqustun 8-dən sentyabrın 8-dək keçiriləcək.

“Nöqtələrlə işarələnmiş zona daxilində hərbi tapşırıqlar yerinə yetiriləcək. Bu zonaya giriş qadağandır”, - deyə sənəddə bildirilir.

Qeyd edək ki, Çin Sarı dənin bir hissəsini də təlimlərlə əlaqədar bağlayıb.

Avqustun 4-də Çin silahlı qüvvələri Tayvan ətrafındakı altı su bölgəsində raket atışları ilə irimiqyaslı hərbi manevrlərə başlayıb.

Təlimlər avqustun 7-də günorta saatlarında başa çatmalı idi.

Təlimlər ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Taypeyə səfərinin başa çatmasından bir gün sonra başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR