Çin kosmik nüvə reaktorunu sınaqdan çıxarıb

Çin kosmik nüvə reaktorunu sınaqdan çıxarıb
# 02 sentyabr 2022 08:38 (UTC +04:00)

Çində kosmik fəzada hərəkət və enerji hasilatı üçün layihələndirilmiş nüvə reaktoru sınaqdan uğurla çıxıb.

APA-nın xəbərinə görə, bu barədə “Space News” məlumat yayıb.

Bildirilir ki, reaktoru Çin Elmlər Akademiyası layihələndirib. Avadanlıq kosmik gəminin hərəkəti və elektrik avadanlıqlarının qidalandırılması üçün 1 meqavat enerji hasil edə bilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR