Çin MN: Rusiya ilə münasibətlər "soyuq müharibə" dövründən qalma müttəfiqlik deyil

Çin MN: Rusiya ilə münasibətlər "soyuq müharibə" dövründən qalma müttəfiqlik deyil
# 30 mart 2023 11:49 (UTC +04:00)

Rusiya-Çin münasibətləri "soyuq müharibə" dövründən qalma müttəfiqlik deyil.

APA xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Tan Kefei açıqlama verib.

Kefei ölkələrin hazırkı münasibətlərinin "soyuq müharibə" dövründəki dövlətlərarası münasibətlərin modelindən üstün olduğunu vurğulayıb:

"Çin və Rusiya arasında dostluq gündən-günə güclənir”, - o deyib.

MN sözçüsü onu da qeyd edib ki, Çin Xalq Azadlıq Ordusu və Rusiya Silahlı Qüvvələri müntəzəm olaraq dənizdə və havada birgə patrul xidməti həyata keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR