Çin-Monqolustan sərhədində 5,6 bal gücündə zəlzələ olub

Çin-Monqolustan sərhədində 5,6 bal gücündə zəlzələ olub
# 17 yanvar 2022 20:10 (UTC +04:00)

Bu gün Çin-Monqolustan sərhədi yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bakı vaxtı ilə 19.04-də qeydə alınan yeraltı təkanların episentri Çinin 137 min əhalisi olan Xami şəhərindən 256 kilometr şimal-şərqdə və Monqolustanın 15,8 min əhalisi olan Altay şəhərindən 194 kilometr cənub-qərbdə yerləşib.

Zəlzələnin ocağı 5 kilometr dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR