Çin Müdafiə Nazirliyi ABŞ-a xəbərdarlıq edib

Çin Müdafiə Nazirliyi ABŞ-a xəbərdarlıq edib
# 30 mart 2023 12:18 (UTC +04:00)

Çin Müdafiə Nazirliyi ABŞ-ı Çinə qarşı təxribata son qoymağa çağırır.

APA xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Tan Kefei açıqlama verib.

Çin Müdafiə Nazirliyi həmçinin mümkün insidentlərə görə, məsuliyyət barədə Vaşinqtona xəbərdarlıq edib: “ABŞ hərbçiləri Cənubi Çin dənizində ölkəmizə qarşı təxribata son qoymalıdırlar, əks halda baş verə biləcək bütün insidentlərə görə məsuliyyət daşıyacaqlar” – Kefei ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin Cənubi Çin dənizində Çinin nəzarətində olan Parasel adaları yaxınlığından keçməsini şərh edib.

“Çin Xalq Azadlıq Ordusu milli suverenliyini və təhlükəsizliyini qorumaq üçün bütün lazımi tədbirləri görəcək, Cənubi Çin dənizində sülh və sabitliyi qətiyyətlə qoruyacaq”, – nazirliyin sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR