Çin qırıcısı ABŞ-ın kəşfiyyat təyyarəsinə qarşı aqressiv manevr həyata keçirib - VİDEO

Çin qırıcısı ABŞ-ın kəşfiyyat təyyarəsinə qarşı aqressiv manevr həyata keçirib - VİDEO
# 31 may 2023 10:32 (UTC +04:00)

Çinə məxsus J-16 qırıcı təyyarəsi ABŞ-ın kəşfiyyat təyyarəsinə qarşı aqressiv manevr həyata keçirib.

APA “ABC News”a istinadən xəbər verir ki, insident ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Cənubi Çin dənizi üzərində beynəlxalq hava məkanında uçuşu zamanı baş verib. Məlumata görə, Çin qırıcısının manevri ABŞ təyyarəsinin hava boşluğuna düşməsinə və silkələnməsinə səbəb olub.

ABŞ-ın Hind-Sakit Okeanı Komandanlığı Çin qırıcı təyyarəsinin müdaxiləsinin qeyri-peşəkar və qeyri-zəruri aqressiv davranış kimi qiymətləndirib.

İnsidentin mayın 26-da qeydə alındığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR