Çində 900 ildən çox yaşı olan taxta körpü yanıb

Çində 900 ildən çox yaşı olan taxta körpü yanıb
# 07 avqust 2022 18:38 (UTC +04:00)

Çinin 900 ildən çox əvvəl tikilmiş ən uzun taxta tağlı körpüsü “Pingnan Vanan” yanğın nəticəsində çöküb.

APA xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Mənbənin sözlərinə görə, yanğın avqustun 6-da baş verib. Yanğının ilk 20 dəqiqəsində strukturun gövdəsi demək olar ki, tamamilə yanıb. Yerli vaxtla saat 22:45-də yanğın tamamilə söndürülüb.

"Hazırda körpü yanıb və dağılıb, heç kim xəsarət almayıb", - Çin Mərkəzi Televiziyası bildirib.

Pekin Universitetinin qədim memarlıq üzrə eksperti Xu İtaonun sözlərinə görə, yanğının baş vermə səbəbi bəlli deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR