Çində baş verən zəlzələ nəticəsində 22 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB

Çində baş verən zəlzələ nəticəsində 22 nəfər xəsarət alıb - VİDEO  - YENİLƏNİB
# 02 yanvar 2022 18:20 (UTC +04:00)

Çinin cənub-qərbindəki Yunnan əyalətində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 22 nəfərə çatıb.

APA bildirir ki, bunu regionun seysmologiya idarəsi bildirib.

***

Saat 13:39

Çinin cənub-qərbindəki Yunnan əyalətində baş verən zəlzələ nəticəsində azı 15 nəfər xəsarət alıb.

APA bildirir ki, bunu regionun seysmologiya idarəsi bildirib.

Rəsmi məlumatlara görə, zəlzələnin baş verdiyi Lijiangda 1,2 milyondan çox insan yaşayır.

***

Saat 11:49

Bu günü Çinin cənub-qərbindəki Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

APA bildirir ki, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Litszyan şəhərində qeydə alınıb. Zəlzələnin episentri Ninlan qraflığında, ocağı isə 10 km dərinlikdə yerləşib.

1,2 milyondan çox insanın yaşadığı Lijiangda tələfat və dağıntılar barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR