Çində birinci rübün iqtisadi göstəriciləri açıqlanıb  

Çində birinci rübün iqtisadi göstəriciləri açıqlanıb  
# 21 aprel 2022 01:51 (UTC +04:00)

2022-ci ilin ilk rübündə ölkədə 4,8% iqtisadi artım qeydə alınıb.

APA-nın xəbərinə görə, bu barədə Çinin Milli Statistika Bürosunun son açıqlamasında bildirilir.

Mart ayında yoluxmalar kəskin artdığı üçün Şençjen və Şanxayda milyonlarla insan karantin şəraitində yaşayır. Bu da ötən rübün iqtisadi nəticələrinə təsirsiz ötüşməyib.

Ölkədə ötən rübdə yeni sərmayə və işsizlik göstəricisi də dəyişib. İşsizlik göstəricisi 5,5%-dən 5.8%-ə yüksəldiyi halda, yeni sərmayələrin həcmi dekabr ayı ilə müqayisədə 9,3% artıb. Halbuki dekabrda artım 12%-dən çox idi. İşsizliyə gəldikdə isə, çinli statistiklər yalnız şəhər əhalisini nəzərə alırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR