Çində karantin rejimi yumşaldılır

Çində karantin rejimi yumşaldılır
# 08 dekabr 2022 07:24 (UTC +04:00)

Çinin Səhiyyə Komitəsi Covid-19-la bağlı məhdudiyyətləri tədricən yumşaltmağa başlayıb.

APA-nın BBC-yə istinadla xəbərinə görə, ilk olaraq təcridolunma və test qaydaları dəyişdirilib. İndi koronavirus xəstələri xüsusi izolyatorda deyil, evdə təcrid edilə bilər. simptomsuz xəstələrin təcrid olunması isə könüllüdür.

Əksər qurumlara daxil olmaq üçün neqativ nəticəli test tələb olunmur, ölkə daxilində hərəkət məhdudiyyəti tam aradan qaldırılıb. 5 gün ərzində yoluxma aşkar edilməyən yerlərdə karantin ləğv ediləcək.

Ekspertlərin fikrincə sıfır covid siyasətindən birdəfəlik imtina yenidən on minlərlə insanın xəstələnməsinə səbəb ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR