Çində kimyəvi zavodda partlayış baş verib

Çində kimyəvi zavodda partlayış baş verib
# 17 iyun 2022 07:10 (UTC +04:00)

Çinin Lançjou şəhərində zavodda partlayış olub.

APA TASS-a istinadən xəbər verir ki, partlayış nəticəsində kimyəvi zavodun 8 işçisi yaralanıb, daha 6 işçinin axtarışları davam edir.

İlkin məlumata görə, zərərçəkənlərdən ikisinin vəziyyəti ağırdır, qalanlarına yardım göstərilib.

Partlayışın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR