Çində krematoriyalarda növbə yaranıb

Çində krematoriyalarda növbə yaranıb
# 11 yanvar 2023 06:29 (UTC +04:00)

CNN kanalı Çin şəhərlərində krematoriyalar və dəfn evlərində növbələri göstərən peyk görüntülərini dərc edib.

Bu, ölkənin sərt məhdudiyyətlərin aradan qaldırılmasından sonra "koronavirus infeksiyalarının görünməmiş dalğası" ilə mübarizə apardığı bir vaxta təsadüf edir.

APA-nın xəbərinə görə, fotolar “Maxar Technologies” şirkətinə məxsusdur. Onlar dekabr və yanvar aylarında çəkilib. Kadrlarda Pekinin kənarında, Kunminq, Nanjinq və Tannqan şəhərlərində cənazə evinin qarşısında maşın cərgələri görünür.

CNN-ə görə, ölkədəki dəfn evləri və krematoriyalar həddən artıq doludur. “Bloomberg” də bu barədə yanvarın əvvəlində məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR