Çində torpaq sürüşməsi nəticəsində 10 nəfər ölüb

Çində torpaq sürüşməsi nəticəsində 10 nəfər ölüb
# 04 yanvar 2022 09:28 (UTC +04:00)

Çinin cənubundakı Quyçjou əyalətində baş verən torpaq sürüşməsi nəticəsində 10 nəfər ölüb, 4 nəfər itkin düşüb.

APA-nın məlumatına görə, bu barədə Bijie şəhərinin administrasiyası yayıb.

Hadisə Quiyang şəhərinin inzibati mərkəzindən təxminən 150 km şimal-qərbdə tikinti işləri aparılarkən baş verib.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, polis itkin düşənlərin axtarışını davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR