Çinin 21 təyyarəsi Tayvanın hava məkanını pozub

Çinin 21 təyyarəsi Tayvanın hava məkanını pozub
# 02 avqust 2022 23:58 (UTC +04:00)

Çinin 21 təyyarəsi Tayvanın hava məkanını pozub.

APA xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada, sözügedən təyyarələrin Tayvanın hava hücumundan müdafiə zonasının cənub-qərbini pozduğu bildirilib.

Çin isə təyyarələrinin Tayvan boğazını keçməsi ilə bağlı gələn xəbərləri təkzib edir.

Nazirlik, Çinə məxsus “Su-35” tipli döyüş təyyarələrinin Tayvan boğazından keçməsi ilə bağlı yayılan xəbərləri təkzib edərək, sözügedən xəbərin saxta olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR