Çinin müdafiə naziri amerikalı həmkarı ilə görüşməkdən imtina edib

Çinin müdafiə naziri amerikalı həmkarı ilə görüşməkdən imtina edib
# 01 iyun 2023 07:15 (UTC +04:00)

Çinin müdafiə naziri Li Şanqfu iyunun əvvəlində amerikalı həmkarı Lloyd Ostinlə görüşdən imtina edib.

APA xəbər verir ki, bu barədə pentaqon rəhbəri Ostin yaponiyalı həmkarı Yasukazu Hamada ilə Tokioda keçirdiyi birgə mətbuat konfransında deyib.

Görüş Sinqapurda Şanqri-La Dialoq təhlükəsizlik konfransı çərçivəsində baş tutmalı idi.

"Müdafiə naziri mənimlə görüşməkdən imtina etdi. Bu, təəssüf doğurur. Amma biz regionda ümumi dəyər və vəzifələri paylaşdığımız ölkələrlə işbirliyimizi davam etdirəcəyik”, - deyə Ostin bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR