Çinin xüsusi nümayəndəsi Aİ-nin mənzil-qərargahında görüşlər keçirəcək

Çinin xüsusi nümayəndəsi Aİ-nin mənzil-qərargahında görüşlər keçirəcək
# 19 may 2023 12:24 (UTC +04:00)

Çin Xalq Respublikası Hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Xuey Avropa İttifaqının Brüsseldəki mənzil-qərargahına gedəcək.

APA xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bu gün brifinq zamanı bildirib.

XİN sözçüsü Li Xueyin Ukrayna münaqişəsini müzakirə etmək üçün mənzil-qərargahda görüş keçirəcəyini bildirib.

Venbin çıxışı zamanı onu da vurğulayıb ki, Çin sülh danışıqlarını təşviq etməyə və Ukrayna böhranının siyasi həllinə töhfə verməyə davam etməyə hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR